Pakistanın Peşavar şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 61-ə çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadən xəbər verir ki, 157-dən çox insan yaralanıb.
Daha əvvəl məsciddə namaz vaxtı partlayışın baş verdiyi, daha sonra binanın tavanı və divarlarının uçduğu bildirilib. Çoxlu sayda insan dağıntılar altında qalıb.
Partlayışa görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” terror təşkilatı öz üzərinə götürüb.