Əlverişsiz hava şəraiti Moskva hava limanlarının işində problemlər yaradıb, 40-dan çox reys gecikib və ya təxirə salınıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, "Яндекс.Расписание" xidmətinin məlumatına görə, ötən gün bu səbəbdən Moskva hava limanlarında 12 reys gecikib, daha 29 reys isə ləğv olunub.
Yanvarın 31-i Moskvada küləyin sürətinin 17 m/s-dək güclənəcəyi, yerlərdə qar fırtınası olacağı barədə məlumat verilib.
Hökumət küçədə son dərəcə diqqətli olmaqla yanaşı, ağacların altında durmamaq və onların yaxınlığında avtomobil saxlamamaq üçün vətəndaşlara çağırış edib.