Fransa qırıcı pilotları hazırlamaq üçün Ukraynanın müraciətinə baxır

A- A A+

Fransa qırıcı təyyarələr üçün pilotlar hazırlanması ilə bağlı Ukraynanın müraciətinə baxır.

NUHÇIXAN İnformasiya Agentliyi “Politiko”ya istinadla xəbər verir ki, bu barədə Fransa müdafiə nazirinin köməkçisi Sebastyan Lekornu açıqlama verib.

Onun sözlərinə görə, Fransa və Ukraynanın müdafiə nazirləri bu həftə telefon danışığı zamanı qeydedilən mövzunu müzakirə etməlidirlər.

Əgər razılıq əldə olunarsa, ukraynalı pilotlar fransız qırıcılarında öyrənəcəklər.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron Ukraynaya qırıcı təyyarələrin tədarükü ehtimalını istisna etməmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: