Ermənistanda iş adamı, silah alverçisi David Qalstyan saxlanılıb.
NUHÇIXAN İnformasiya Agentliyi “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından bildirilib.
D.Qalstyanın vəkili Armen Andrikyan məlumatı təsdiqləyib.
Vəkil deyib ki, Qalstyanın həbsi ilə bağlı məhkəməyə vəsatət verilib.
Onun nədə ittiham olunduğu açıqlanmayıb.
Xatırladaq ki, Qalstyan son iki-üç il ərzində dəfələrlə həbs edilib. Hazırda o və keçmiş müdafiə naziri David Tonoyan silah-sursat təchizatında sui-istifadədə ittiham olunurlar. Onların hər ikisi 2021-ci ilin sentyabrında həbs edilib, lakin Qalstyan 2022-ci ilin martında zaminə buraxılıb.