2022-ci ildə Türkiyəyə 44 milyondan çox xarici turist gəlib. Onlardan 5,67 milyonu almaniyalıdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, ötən il ölkəyə edilən turist səfərlərinin sayına görə, Almaniya liderdir – 12,7 faiz. Siyahıda ikinci yerdə rusiyalılar qərarlaşıb. Türkiyəyə xarici turist axınında Rusiya vətəndaşlarının payı 11,7 faiz (5,2 milyon nəfər) təşkil edib.
Reytinqin ilk beşliyinə həmçinin 3,37 milyon turistlə Böyük Britaniya, 2,8 milyon turistlə Bolqarıstan və 2,3 milyon turistlə İran daxil olub.
Ümumilikdə isə ötən il Türkiyəyə 44,56 milyon turist gəlib ki, bu da 2021-ci illə müqayisədə 80 faiz çoxdur. Ölkəyə turist axını, demək olar ki, pandemiyadan əvvəlki səviyyəyə çatıb.