ABŞ Prezidenti Cozef Bayden Polşaya planlaşdırılan səfəri əsnasında Ukrayna lideri Volodimir Zelenski ilə görüşə bilər.
NUHÇIXAN İnformasiya Agentliyi Polşanın “Dziennik Gazeta Prawna” qəzetinə istinadla xəbər verir ki, görüşün fevralın sonlarında Varşava və ya Jeşuv şəhərində baş tutacağı gözlənilir.
Kiyevdəki mənbələrin məlumatına görə, Volodimir Zelenski görüşdə dinc nizamlama planını təqdim edəcək və Ukraynaya həsr olunan beynəlxalq konfransın təşkilinə çağıracaq. Həmçinin görüşdə Ukraynaya təhlükəsizlik zəmanəti və əsirlərin dəyişdirilməsi məsələsi müzakirə olunacaq.