Ukraynanın erməni əsilli sabiq DİN başçısı Brovarıdakı helikopter qəzası ilə bağlı axtarışa verilib

A- A A+

Ukraynanın erməni əsilli sabiq daxili işlər naziri Arsen Avakov Ukrayna Təhlükəsizlik Xidməti (UTX) tərəfindən axtarışa verilib. Bu, Brovarıda Daxili İşlər Nazirliyinin rəhbərliyinin də həlak olduğu helikopter qəzası hadisəsi ilə bağlıdır.

NUHÇIXAN İnformasiya Agentliyi “RBK-Ukrayna”ya istinadla xəbər verir ki, bu barədə Avakovun köməkçisi Natalya Stavivko bildirib.

Xatırladaq ki, yanvarın 18-də Brovarıda Daxili İşlər Nazirliyinin rəhbərliyi, o cümlədən nazir Denis Monastırskini daşıyan helikopter qəzaya uğrayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: