"Facebook" sosial şəbəkəsi özünün mesajların ani mübadiləsi üzrə tətbiqi - "Messenger"in 4-cü versiyasını istifadəyə verib.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə şəbəkənin internet-bloqunda deyilir.
Bloqda bildirildiyi kimi, "Facebook" araşdırma nəticəsində belə bir nəticəyə gəlib ki, sosial şəbəkənin istifadəçilərinin 70 faizi "Messeger"in istifadəsində ən əsas prioritet sadəliyi hesab edir: "Buna görə də tətbiqin yeni versiyasının interfeysi sadədir".