Ermənistanda hərbi cinayətlərin sayı kəskin artıb

A- A A+

Ermənistanda müharibə cinayətləri ilə bağlı ittiham aktları artıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Komitənin mətbuat xidmətinin məlumatına görə, 2022-ci ildə Komitənin Baş hərbi istintaq idarəsi 6 510 işə baxıb, onlardan 2 112-nin (32,4%) istintaq başa çatıb. İttiham aktları 586 nəfərə (2021-ci illə müqayisədə təxminən 60 faiz çox) tərtib edilib.

Qeyd edilən müddətdə Ermənistan Silahlı Qüvvələrində xidmət qaydasının pozulması halları da nəzərə alınıb.

Ümumilikdə, 2022-ci ildə İstintaq Komitəsi tərəfindən baxılan cinayət işlərinin sayı 59 830 və ya 2021-ci illə müqayisədə demək olar, 43% çoxdur. Artım polisin və digər dövlət qurumlarının istintaq funksiyalarının İstintaq Komitəsinə ötürülməsi ilə bağlıdır. Bu baxımdan müstəntiqlərin iş yükü kəskin şəkildə artıb: orta hesabla onların hər birinə ötən il 83 deyil, 111 iş düşüb.

Qeyd edilir ki, il ərzində həbslə bağlı 1 768 vəsatət qaldırılıb, onlardan 1 424-ü təmin edilib. Cinayət işləri çərçivəsində əmlaka dəymiş ziyan təqribən 7,3 milyard dram (18 milyon ABŞ dolları-red) təşkil edib ki, bunun da təxminən 1,7 milyardı bərpa olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: