İran hərbi obyektə hücumun məsuliyyətini İsrailin üzərinə qoyub

A- A A+

İran Müdafiə Nazirliyinin İsfahandakı obyektinə hücumla bağlı ilkin araşdırma göstərib ki, hücuma görə məsuliyyət İsrail məsuliyyət daşıyır.

NUHÇIXAN İnformasiya Agentliyi ISNA agentliyinə istinadla xəbər verir ki, bu iddianı İranın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Amid Səid İrəvani irəli sürüb. Daimi nümayəndə BMT Təhlükəsizlik Şurasına və Baş katibə ünvanladığı məktubda İsrail hakimiyyətinin döyüşkən bəyanatlarını mühakimə etməyə çağırıb.

İran mediasının məlumatına görə, yanvarın 29-na keçən gecə İsfahan şəhərindəki hərbi obyektə dronlarla hücumu edilib. Xəsarət alan olmayıb, obyektə cüzi ziyan dəyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: