"Niderland, Böyük Britaniya və Almaniyanın Türkiyədəki konsulluqlarını bağlaması ölkəmizə qarşı psixoloji müharibədir”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu 2022-ci ilin yekunlarına dair yığıncaqda bildirib.
O, Türkiyəyə qarşı terror fəaliyyəti ilə məşğul olan qruplaşmaları kimlərin təmin etdiyini bildiklərini vurğulayıb: “Terrorçu PKK/PYD-YPG-ni ABŞ təmin edir. ABŞ və Qərb dövlətləri pul, logistika və insan resursları ilə təmin etdiyi qruplaşma ilə terror dövləti qurmaq xəyalından əl çəkməyib”.
Qeyd edək ki, fevralın 1-də Böyük Britaniya, Niderland və Almaniya Türkiyənin İstanbul şəhərində terror təhlükəsini əsas göstərərək bu şəhərdəki baş konsulluqlarını bağlayıb.