Finlərin əksəriyyəti İsveçi gözləmədən NATO-ya üzvlüyü dəstəkləyir

A- A A+

Finlandiya əhalisinin yarıdan çoxu hesab edir ki, onların ölkəsi İsveçin ərizəsinin ratifikasiya olunacağını gözləmədən NATO-ya qoşulmalıdır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə məlumat yanvarın 30-dan fevralın 1-dək keçirilən sosioloji sorğunun nəticələrində əksini tapıb.

Sorğu iştirakçılarının yarıdan çoxunun (53 faiz) fikrincə, Finlandiyanın NATO-ya üzvlüyü İsveçin ərizəsinin ratifikasiyasından asılı olmamalıdır. Respondentlərin 28 faizi isə Şimali Atlantika Blokuna İsveçlə birlikdə girməyin tərəfdarı olduğunu bildirib. Rəyi soruşulan vətəndaşların 19 faizi isə məsələyə münasibət bildirməkdə çətinlik çəkib.

Sorğuda 18 yaşdan 79 yaşa qədər mindən çox Finlandiya vətəndaşı iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: