Türkiyə müdafiə sənayesinin inkişafı üçün çalışmalarımız davam etməkdədir.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qarsda keçirilən “Qış təlimi-2023”ün Yüksək səviyyəli müşahidəçi günündə deyib.
Nazir bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin istifadə etdiyi silahlar yerli istehsaldır: “PUA-larımız var. Ordumuzun ehtiyaclarını qarşılamaq üçün gecə-gündüz çalışdıq və çalışırıq. Nə edirlər etsinlər, tankımızı da, təyyarəmizi də istehsal edəcəyik. Bizim istehsal etdiyimiz müdafiə sənayesi məhsulları dost və qardaş ölkələr üçün də yararlıdır və bundan sonra da yararlı olacaq”.