ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyinin (NASA) 1990-cı ildə kosmik fəzaya buraxdığı dünyanın ən böyük “Hubble” teleskopunda ciddi nasazlıq aşkar edilib.
NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, mütəxəssislər oktyabrın əvvəlində teleskopun hiroskoplarından birində meydana gəlmiş ciddi nasazlığın orbital müşahidə missiyasına mənfi təsir etdiyini bildirmişdilər. Bu problemin qısa müddətdə həll olunması “Hubble”ın fəaliyyətinin normal məcraya qayıtmasını təmin etdi. Lakin bir neçə testlərdən sonra teleskopun mexanika hissəsində də nasazlıq üzə çıxıb. Bu dəfə “Hubble”da müşahidə obyektini dəyişmək üçün hiroskopun hərəkət mexanizmində problem yaranıb.
Kosmik fəzada böyük kəşflərə imza atmış “Hubble” altı hiroskopa malikdir. Teleskopun minimal fəaliyyətini təmin etmək üçün onlardan ən azı üçünün tam işlək vəziyyətdə olması lazımdır. NASA-nın kosmik fəzanı müşahidə missiyasının təmsilçisi Reyçel Ostin bildirib ki, astronomiya elminə görünməmiş töhfələr verən bu teleskopun “ömrünü” uzatmaq üçün bütün zəruri tədbirlər görülməlidir.
Qeyd edək ki, bu nəhəng teleskopun hiroskopunun əks istiqamətə dönməsi 7,5 il ərzində başa çatır. Nasazlığın aradan qaldırıldığı hiroskop isə oktyabrın 16-da yenidən işə salınıb. Lakin, yuxarıda bildirildiyi kimi, qısa müddətdən sonra “Hubble” orbitdə manevr problemləri ilə qarşılaşıb. Hazırda mütəxəssislər teleskopun normal fəaliyyətini bərpa etmək istiqamətində iş aparırlar.
NASA “Hubble”ı əvəz edəcək yeni teleskopu 2021-ci ildə kosmik fəzaya göndərməyi nəzərdə tutur.