“Patriot” zenit-raket kompleksini idarə etməyi öyrənmək məqsədilə Ukraynadan olan hərbçilər Almaniyaya gediblər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə "Spigel” məlumat yayıb.
Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin 70 hərbçisi fevralın 2-dən Almaniyada təlimə başlayacaq.
Məlumata görə, “Patriot” zenit-raket kompleksi Rusiyanın PUA, raket və ya təyyarə ilə hücumlarının qarşısının alınmasına yardım edəcək.