Fransızlar hökuməti pensiya islahatında dəyişikliyə məcbur etmək istəyirlər

A- A A+

Fransa xalqının əksəriyyəti pensiya islahatına etirazını bildirir. Artıq hökumətin inadkarlığı qarşısında ölkə əhalisinin əksəriyyətinin pensiya islahatına qarşı etirazı, səfərbərliyi və bu yolla ölkəni iflic vəziyyətinə salacağı ehtimalları artır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, pensiya islahatına qarşı etiraz nümayişləri çoxaldığı vaxtda BFM televiziyasının sifarişi ilə ELAB sorğu şirkəti sakinlər arasında sosial sorğu keçirib.

Sorğunun nəticələrinə görə fransızların 71 faizi pensiya islahatının əleyhinədir. Fransızların hər üç nəfərdən ikisi, yəni 64 faizi etiraz səfərbərliyinin lehinədir ki, bu cür dəstək ötən həftələrlə müqayisədə artır. Artıq ölkədə 57 faiz təqaüdçü pensiya islahatı ilə bağlı hökuməti dəstəkləmir. Bu son illərdə ölkədə sosial səfərbərliklə bağlı qeydə alınan ən yüksək göstəricidir. Pensiya islahatlarına etirazçılar arasında kişilərə nisbətən (67 faiz) qadınlar (74 faiz) daha çoxdur. Çünki yeni islahata görə qadınlar kişilərdən daha artıq işləməlidirlər. Respondentlərin hər üç nəfərindən ikisi pensiya islahatına qarşı etiraz səfərbərliyinin davam etməsini dəstəkləyir. Hətta əksəriyyət səfərbərliyin daha da sərtləşməsini istəyir. Getdikcə bütün sahələrdə ölkənin iflic vəziyyətinə salınması fikirləri daha çox səsləndirilir. Beləliklə, fransızların 60 faiz hesab edir ki, iqtisadiyyatın müxtəlif sahələrinin iflic edilməsi hökuməti geri çəkilməyə və pensiya islahatında dəyişiklik etməyə məcbur edəcək.

Xatırladaq ki, ölkədə 8 əsas həmkarlar ittifaqları fevralın 7-də və 11-də növbəti səfərbərlik elan ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: