Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkəsinə qarşı olan heç bir hücumunun cavabsız qalmayacağını bildirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə o, gecə yayımlanan videomüraciətində Rusiya-Ukrayna müharibəsi çərçivəsində baş verən son hadisələri şərh edərkən bildirib.
Rusiya ordusunun ölkəsinə qarşı hücumlarını davam etdirdiyini qeyd edən V.Zelenski beynəlxalq arenada Rusiyaya qarşı məhdudiyyətlərin artırılmasının vacibliyini qeyd edib.
Rusiya qüvvələrinin Ukraynanın Donbas bölgəsinə hücumlarını artırmağa çalışdığına işarə edən V.Zelenski işğalçının heç bir hücum hərəkətinin cavabsız qoyulmayacağını vurğulayıb.
Sabah Kiyevdə Ukrayna-Avropa İttifaqı Sammitinin keçiriləcəyini xatırladan Ukrayna Prezidenti sammitdə ölkəsi üçün son dərəcə vacib məsələlərin müzakirə olunacağını da diqqətə çatdırıb.