Avropa Şurasının rəhbəri Şarl Mişel Ukraynanın paytaxtı Kiyevdədir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, o, bu barədə tviterdə yazıb.
Onun sözlərinə görə, Avropa liderlərinin qətiyyəti olduğu kimi davam edəcək.
Qeyd edək ki, bu gün Kiyevdə növbəti Avropa İttifaqı (Aİ) - Ukrayna sammiti keçiriləcək.