Əlverişsiz hava şəraiti Moskvanın hava limanlarında 54 təyyarə reysinin gecikməsinə və ya ləğv edilməsinə səbəb olub.
NUHÇIXAN İnformasiya Agentliyi Rusiya KİV-ə istinadən xəbər verir ki, “Domodedovo” hava limanında 10 reys gecikib, 1-i ləğv olunub, “Vnukovo”da 3 reys gecikib, 5-i ləğv olunub.
Şeremetyevo hava limanında bu göstərici müvafiq olaraq 10 və 1-ə bərabərdir.