İstanbulda avtobus qəzasında yaralanan Azərbaycan vətəndaşı ölüb

A- A A+

Türkiyənin İstanbul şəhərinin Bağçalıevlər rayonunda marşrut avtobusunun dayanacaqda gözləyən sakinlərə, daha sonra isə mikroavtobusa çırpılması nəticəsində yaralanan Azərbaycan vətəndaşı Əhməd Rzayev həkimlərin müdaxiləsinə baxmayaraq, dünyasını dəyişib.

NUHÇIXAN İnformasiya Agentliyi İHA-ya istinadən xəbər verir ki, beləliklə, hadisədə ölənlərin sayı 2-yə yüksəlib, yaralıların sayı isə 4 olub.

Xatırladaq ki, hadisə ötən gün baş verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: