Misirin paytaxtı Qahirənin Matariya rayonundakı xəstəxanada baş vermiş güclü yanğın nəticəsində azı 3 nəfərin həlak olduğu bildirilir. NUHÇIXAN İnformasiya Agentliyi “Əl Əhram” nəşrinə istinadla xəbər verir ki, qonşu rayonların hospitallarına aparılan yanıq xəsarətləri almış 32 nəfərdən 9-nun vəziyyəti ağırdır.
Misirin Səhiyyə Nazirliyi bildirib ki, yanğın xəstəxananın radiologiya şöbəsində başlayıb və qısa müddətdə binanın böyük bir hissəsini əhatə edib. Səhiyyə naziri Xaled Abdel Qaffar jurnalistlərə müsahibəsində ölü sayının artacağı ehtimalını istisna etməyib.
Qahirə şəhərinin prokurorluğu insidentlə bağlı cinayət işi açıb və təhqiqat aparılır.