Dmitri Medvedev: "Rusiya bütün silah növlərindən istifadə etməyə hazırdır"

A- A A+

Rusiya qarşısında heç bir məhdudiyyət qoymur və təhdidlərin xarakterindən asılı olaraq, bütün silah növlərindən istifadə etməyə hazırdır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev jurnalist Nadana Fridrixsona müsahibəsində bu fikri söyləyib.

O, Ukraynanın Krıma və ya Rusiya ərazisinin dərinliklərinə zərbə endirəcəyi təqdirdə əks cavabın necə olacağı barədə sualı şərh edərək bildirib ki, bu suala Prezident Vladimir Putin artıq aydın cavab verib. Rusiya qarşısında heç bir məhdudiyyət qoymur və təhdidlərin xarakterindən asılı olaraq, o cümlədən nüvə doktrinasına müvafiq şəkildə, bütün silah növlərindən istifadə etməyə hazırdır.

“Sizi əmin edə bilərəm ki, cavab çevik, sərt və qətiyyətli olacaq”, - deyə D.Medvedev bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: