Meksikada yanacaqdoldurma məntəqəsində partlayış olub: ölənlər var

A- A A+

Meksikanın Hidalqo ştatında yanacaqdoldurma məntəqəsində avtosisternin partlaması nəticəsində iki nəfər ölüb, on nəfər xəsarət alıb. Bu barədə “El Universal” qəzeti məlumat yayıb.

NUHÇIXAN İnformasiya Agentliyi TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Hidalqo ştatının qubernatoru Xulio Mençaka tviter səhifəsində həlak olanların yaxınlarına başsağlığı verib. O, hadisə qurbanlarının ailələrinə bütün zəruri yardımların göstərilməsi barədə göstəriş verib. Lakin hökumət orqanları ölən və yaralananların sayını hələ ki rəsmən açıqlamayıb. Məlumata görə, hadisənin səbəbi “insan səhvi” olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: