Çin Xarici İşlər Nazirliyi ABŞ-ın Çinin meteoroloji zondunun vurulması ilə nəticələnən hərəkətlərinə etiraz edib.
NUHÇIXAN İnformasiya Agentliyi TASS informasiya agentliyinə istinadla xəbər verir ki, müvafiq bəyanat Çin Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.
Bəyanatda deyilir ki, Çin tərəfi ABŞ-ın mülki pilotsuz aerostata hücum üçün güc tətbiq etməsinə qarşı kəskin narazılığını və etirazını bildirir. Çin yoxladıqdan sonra Amerika tərəfini dəfələrlə xəbərdar edib ki, aerostat mülki istifadə üçün nəzərdə tutulub və ABŞ-a (hava məkanına) fors-major səbəbindən daxil olub. Bu, tamamilə gözlənilməz bir vəziyyət idi.