Atlantik okeanında fırtına küləkləri səbəbindən Kanadanın Yeni Şotlandiya və Nyu-Brunsvik əyalətlərində 30 minə yaxın istehlakçı işıqsız qalıb. Bu barədə CTV kanalı məlumat yayıb.
NUHÇIXAN İnformasiya Agentliyi TASS informasiya agentliyinə istinadla xəbər verir ki, yerli enerji şəbəkəsi şirkətlərinin məlumatına görə, fövqəladə hallar qrupları tüğyan edən hadisənin nəticələrini aradan qaldırmağa davam edir. Bu rayonlarda 30-35 dərəcəyə qədər şaxta olacağı, küləyin əsməsi ilə havanın temperaturunun mənfi 43 dərəcəyə enəcəyi barədə xəbərdarlıq edilib.