Serbiya Avropa İttifaqına (Aİ) üzvlük yolunda irəliləyir, lakin NATO-ya daxil olmaq istəmir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.
A.Vuçiç bildirib ki, Serbiya hərbi neytrallığını qorumaq və gücləndirmək niyyətindədir. Avropaya inteqrasiya ilə Avro-Atlantik məkana inteqrasiyası arasında böyük fərq var.
Serbiya Prezidenti hakimiyyətdə qalmaq naminə Kosovo məsələsində heç vaxt danışıqlara getməyəcəyini də vurğulayıb.