AFR Kiyevi 160-a qədər “Leopard 1” tankı ilə təmin edə bilər

A- A A+

Almaniya Ukraynanı sənaye ehtiyatlarından 160-dək “Leopard 1” əsas döyüş tankı ilə təmin edə bilər. Bu barədə “Handelsblatt” qəzeti mənbələrə istinadla məlumat yayıb.

NUHÇIXAN İnformasiya Agentliyi TASS informasiya agentliyinə istinadla xəbər verir ki, mənbənin məlumatına görə, Almaniyanın “Rheinmetall” müdafiə konserni və “Flensburger Fahrzeugbau Gesellschaft mbH” (FFG) şirkəti öz maşınlarının əksəriyyətini təmir edərək Ukraynaya ixrac üçün hazır vəziyyətə gətirə bilər. FFG-də 99 ədəd “Leopard 1” tankı, “Rheinmetall”da isə bu modeldən daha 88 ədəd əsas döyüş tankı var. Lakin tankların yola salınmağa tam hazır olacağı vaxt hələlik məlum deyil. Onların bəzilərinin vəziyyəti qənaətbəxş deyil. Bir qisminin komponentləri digər “Leopard” tanklarını təmir etmək üçün istifadə oluna bilər.

Yanvarın 25-də ABŞ hökuməti Kiyevə 31 ədəd “M1 Abrams” tankı vermək niyyətində olduğunu bildirib. Həmin gün Almaniya hökuməti Ukraynaya 14 ədəd “Leopard 2” tankı göndərəcəyini və digər ölkələrə bu maşınların təkrar ixracına icazə verəcəyini təsdiqləyib. Almaniyanın müdafiə naziri Boris Pistoriusun sözlərinə görə, “Leopard 2” martın sonuna qədər Ukraynaya göndəriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: