Çilidə meşə yanğınları davam edir.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, Çilinin müxtəlif yerlərində, xüsusilə Nuble və Biobio bölgələrində insan itkiləri artır. Ölkənin daxili işlər naziri Karolina Toha həyatını itirənlərin sayının 22-yə çatdığını, 16-sı ağır olmaqla 554 nəfərin xəsarət aldığını bildirib. Onun sözlərinə görə, təbii fəlakət zamanı azı 10 nəfər itkin düşüb.
Karolina Toha bildirib ki, 251 aktiv yanğın ocağından 76-sı bu gün alovlanıb.