Ermənistanın müdafiə nazirinin sabiq müavini müharibədə məhv edilən əsgərin anasını aldadıb

A- A A+

Ermənistan ordusunun 44 günlük müharibədə Azərbaycan hərbçiləri tərəfindən məhv edilmiş əsgəri Hayk Melikyanın anası Naira Melikyan ölkəsinin müdafiə nazirinin keçmiş müavini Vahan Şirxanyan və ona yaxın adamların fırıldağı ilə üzləşib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Naira Melikyan bu barədə “NEWS.am”a müsahibəsində bildirib.

Naira Melikyanın sözlərinə görə, ona oğlunun guya sağ olması və Azərbaycan həbsxanalarından birində saxlanıldığı bildirilib. Qadın söylənilənlərə inanıb və oğlunu geri qaytarmaq üçün 7 min ABŞ dolları verib. Lakin oğlu geri qayıtmayıb, bir il sonra övladının şəxsiyyəti Rusiya sülhməramlıları tərəfindən çıxarılan meyitlər və qalıqlar arasında DNT testləri ilə təsdiqlənib.

Bundan sonra Naira Melikyan Milli Təhlükəsizlik Xidmətinə (MTX) müraciət edib. Hazırda iş məhkəmədədir. Qadının sözlərinə görə, bu işin arxasında uzun illər əvvəl tanıdığı şəxs, müdafiə nazirinin keçmiş müavini Vahan Şirxanyan dayanır. Naira Melikyanın sözlərinə görə, hazırda iş üzrə təqsirləndirilən şəxs olan Qraat Mxeyan keçmiş yüksək vəzifəli məmur vasitəsilə dələduzluq yolu ilə ondan pul ala bilib.

“Oğlumun yoxa çıxmasından telefon danışığı zamanı xəbər tutan Şirxanyan iş yerimə baş çəkdi və kömək təklif etdi. Dedi ki, övladımın öldürülməsi ilə barışmamalıyam, çox güman ki, dustaq kimi Azərbaycan həbsxanalarından birindədir. Dedi ki, oğlumun taleyini öyrənməyə çalışacaq”, - Naira Melikyan bildirib.

Qadınla sabiq nazir müavini arasında əlaqə vatsap vasitəsilə həyata keçirilib. Qadının dediyinə görə, Şirxanyan növbəti görüşə Qraat Mxeyanı da özü ilə gətirib, onu əməliyyatçı və müdafiə nazirinin xüsusi köməkçisi kimi təqdim edib.

“Uşağımın taleyini öyrənməyi təklif etdi və gəlişləri yenə davam etdi. Bu prosesdə övladımın taleyini öyrənmək üçün bəzi yerlərə, o cümlədən Rusiya Federasiyasına, Suriyaya getməli olacağı haqda xəbərlər yayıldı. Həmin səfərlər üçün ona xərc lazım idi və mən həmin şəxsə hissə-hissə pul verdim, ümumi məbləği 7 000 dollardır”, - Naira Melikyan deyib.

Qadının oğlu, 19 yaşlı Haykın qalıqları 2021-ci ilin noyabrında ona təhvil verilib. Naira Melikyanın sözlərinə görə, Qraat Mxeyan aldığı pulla dincəlməyə gedib, sonra geri dönüb və oğlunun bu həbsxanada olmadığını bildirib:

“O, şübhəsiz ki, detektiv deyil, sadəcə başqa bir cəsur Nazardır. Şirxanyan faktoru olmasaydı, mən bu adama heç vaxt inanmazdım”.

Nairanın iş yerinə növbəti səfəri zamanı Qraat Mxeyan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. O, hazırda həbsdədir.

Naira Melikyan müdafiə nazirinin keçmiş müavini Vahan Şirxanyanın da məsuliyyətə cəlb olunmasını tələb edir. Qadının dediyinə görə, sabiq nazir müavini əyani üzləşdirmə prosesində görünmür, hüquq-mühafizə orqanlarının əməkdaşları fəaliyyətsizlik nümayiş etdirirlər.

“Report” xatırladır ki, bu, Ermənistan müdafiə nazirinin sabiq müavini Vahan Şirxanyanın adının hallandığı ilk fırıldaqçılıq işi deyil. O, hələ 2015-ci ildə ölkədəki mütəşəkkil cinayətkar qruplaşma ilə əlaqə saxlamaqda şübhəli bilinərək tutulub. Həmin il noyabrın 25-də Ermənistan MTX ölkə ərazisində 19 nəfərlik silahlı qruplaşmanı aşkarlayaraq üzvlərini həbs etmişdi. Nazir müavini həmin dəstə ilə əlaqə saxlamaqda şübhəli bilinir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: