Britaniya fevralda "Vaqner"i terror təşkilatı kimi tanıya bilər

A- A A+

Britaniya hökuməti ABŞ-ın qərarına qoşulmaq və "Vaqner"i terror təşkilatı kimi tanımaq niyyətindədir. Belə olsa özəl hərbi şirkətə üzvlük cinayət kimi tanınacaq.

NUHÇIXAN İnformasiya Agentliyi "The Telegraph"a istinadən xəbər verir ki, Böyük Britaniyanın Daxili İşlər Nazirliyi fəal şəkildə “Vaqner”ə qarşı sanksiyalar üzərində işləyir.

Jurnalistlər müəyyən ediblər ki, London tərəfinin belə bir addımı təkcə təşkilatın sıralarına üzvlüklə bağlı deyil, həm də “Vaqner”in tədbirlərində iştiraka, habelə müvafiq simvollardan istifadəyə görə cinayət məsuliyyətini nəzərdə tutur.

Həmçinin “Vaqner” terror təşkilatları siyahısına salınması şirkətə Britaniya daxilindən maliyyə axınına mane ola bilər.

Nəşrin məlumatına görə, 2023-cü ilin yanvarından Böyük Britaniya hökumətində sanksiya tətbiq etmək və “vaqnerçilər”in fəaliyyətini məhdudlaşdırmaq niyyəti eşidilir. Bununla belə, rəsmilər fevralın 6-da planlaşdırılan müzakirələrdə daha qətiyyətli müzakirələrə başlamağa hazırdırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: