Türkiyənin müdafiə naziri: “Yunanıstan illüziyalar aləmində yaşayır”

A- A A+

“Türkiyəyə qarşı gərginlik siyasəti yürüdən Yunanıstan illüziyalar aləmində yaşayır”.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu sözləri Türkiyənin müdafiə naziri Hulusi Akar “Milliyet” qəzetinə müsahibəsində söyləyib.

Akar Yunanıstan tərəfinin ikitərəfli münasibətlərin normallaşdırılmasına tərəfdar çıxacağı təqdirdə yunan həmkarını istənilən vaxt Ankarada qəbul etməyə və ya danışıqlar üçün Afinaya getməyə hazır olduğunu bildirib.

“Onlar müdafiəyə pul xərcləyərək xalqlarının onsuz da pis vəziyyətini daha ağırlaşdırırlar. Söhbət 500 milyard avroya yaxın borcu olan ölkədən gedir, onlar hələ də silahlanma ilə məşğuldurlar, ittifaq axtarışındadırlar. Siz NATO ölkəsisiniz, başqa ittifaqlar sizə niyə lazımdır?”.

Akar həmçinin Yunanıstanın Türkiyəyə qarşı “Osmanlıçı, revizionist və genişlənmə siyasəti yürütmək” ittihamlarını əsassız adlandırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: