Suriyanın Latakiya əyalətində hərbçilərlə “Cəbhət ən-Nusra” terror qruplaşması arasında silahlı toqquşma zamanı 11 nəfər həlak olub.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə “AlHadath” telekanalı məlumat yayıb.
Məlumata görə, qarşıdurma zamanı həlak olanlardan 6-sı cinayətkar təşkilatın üzvü olub.
Qeyd edilir ki, terrorçular əyalətin şimalındakı Tellet əl-Burkan bölgəsində pis hava şəraitindən istifadə edərək əsgərlərə hücum edib.