Türkiyədə əlverişsiz hava səbəbindən dərslərə fasilə verildiyi şəhərlərin sayı 26-ya çatıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə “Anadolu” məlumat yayıb.
Bildirilib ki, İstanbul, Ankara, Bitlis, Şanlıurfa, Diyarbakır, Muş, Bingöl, Qaziantep, Sivas, Malatya, Tunceli, Kahramanmaraş, Hakkari, Elazığ, Bayburt, Erzurum, Karaman, İsparta, Giresun, Niğde, Nevşehir, Kütahya, Kayseri, həmçinin Batman, Adana və Muğlanın bəzi rayonlarında dərslərə 1 günlük ara verilib.
Bildirilib ki, qərar ibtidai və orta məktəblərə şamil edilir.