Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkədə baş verən güclü zəlzələdən ən çox zərər çəkən bölgələri açıqlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə DİN başçısı “CNN Türk”ə açıqlamasında danışıb.
Onun sözlərinə görə, Türkiyədə zəlzələdən ən çox zərər çəkən şəhərlər Kahramanmaraş, Hatay, Qaziantep, Osmaniyə, Malatya və Adıyamandır: “Dörd afterşok oldu, ən böyüyü 6.6 bal gücündə”.
S. Soylu yeraltı təkanların həmçinin paytaxt Ankarada və Kayseridə hiss edildiyini vurğulayıb.