Məsələni böhran mərkəzində izləyirik. İnsan itkisi xəbəri almamışıq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Adana valisi Süleyman Elban “TRT Haber” kanalına açıqlamasında deyib.
"Mərkəzi Kahramanmaraş olan zəlzələ vilayətdə də çox güclü hiss olunub. Tufanbəyli rayonunda dağılmış binada bir nəfər qalıb. Fövqəladə Halların İdarə Olunması Agentliyinin qrupları xilasetmə işlərini davam etdirir. Hələ ki, insan itkisi ilə bağlı məlumat almamışıq. Çukurovada dağılan 11 mərtəbəli bina ilə bağlı narahatlıqlarımız var. Çukurovada başqa yerlərdə də qəzalı və dağılmış binaların olduğu barədə bizə məlumat verilib”.
Qeyd edək ki, bu gün saat 05:17-də Kahramanmaraşın Pazarcık rayonunda 7,4 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ bir çox şəhərlərdə hiss olunub.