“SpaceX” şirkətinin təsisçisi İlon Mask Türkiyədə bu gün səhər saatlarında baş verən zəlzələ ilə bağlı açıqlama verib.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, o, Türkiyə hökumətinin razılığı ilə “SpaceX” şirkətinin “Starlink” peyklərini Türkiyəyə göndərə biləcəklərini vurğulayıb.
Qeyd edək ki, son məlumatlara görə, Türkiyənin müxtəlif şəhərlərində baş verən güclü zəlzələlər nəticəsində ölənlərin sayı 284 nəfərə çatıb, 2323-dən çox yaralı var. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.