Fevralın 6-dan etibarən Kahramanmaraş, Hatay, Adıyaman və Malatya əyalətlərində tədrisə iki həftə müddətinə fasilə verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin təhsil naziri Mahmud Özer məlumat verib.
Onun sözlərinə görə, Diyarbakır, Qaziantep, Şanlıurfa, Adana, Osmaniye və Kilis vilayətlərində tədrisə bir həftə fasilə veriləcək.