Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından olan (AK Parti) deputat Yakup Taş və ailəsi zəlzələ nəticəsində dağıntılar altında qalıb.
NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə KİV-ə istinadən xəbər verir ki, onların xilas edilməsi üçün işlər davam edir.
Y.Taş AK Partinin Türkiyə Böyük Millət Məclisindəki deputat qrupunun sədr müavinidir.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2323 nəfər yaralanıb. 1710 bina dağılıb.