İnstitut: "Türkiyədə baş vermiş zəlzələ 7,4 deyil, 7,7 bal gücündə olub"

A- A A+

Fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ 7,4 deyil, 7,7 bal gücündə olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Seysmoloji Araşdırma İnstitutunun açıqlamasında bildirilib.

Məlumata görə, zəlzələnin gücü sonradan yoxlanılıb. Açıqlamaya əsasən, araşdırmadan sonra yeraltı təkanların 7,7 bal gücündə olduğu dəqiqləşdirilib.

Qeyd edək ki, Türkiyənin Kahramanmaraşın Pazarcık rayonunda zəlzələ Bakı vaxtı ilə 05:26-da baş verib. Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Gaziantep, Şanlıurfa, Diyarbakır, Malatya ve Adana başda olmaqla ətraf ərazilərdə, o cümlədən Ankarada da hiss edilib.

Zəlzələ nəticəsində azı 284 nəfər ölüb, 2 323 insan xəsarət alıb, 1710 bina tamamilə dağılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: