Türkiyədə ötən gecə baş vermiş zəlzələ ilə əlaqədar bütün daxili idman tədbirləri təxirə salınıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə gənclik və idman naziri Mehmet Kasapoğlu yerli mətbuata açıqlama verib.
O bildirib ki, tədbirlər ikinci xəbərdarlığadək keçirilməyəcək.
Qeyd edək ki, Türkiyədə 7,7 bal gücündə zəlzələ olub. Episentri Kahramanmaraş olan təkanlar nəticəsində bir neçə ətraf rayonda güclü dağıntılar qeydə alınıb.