Türkiyədə nazir toplantı keçirən zaman zəlzələ olub - VİDEO
Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Kahramanmaraş şəhərində toplantı keçirən zaman zəlzələ olub.
NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Görüntülərdən məlum olur ki, nazir və digər iclas iştirakçıları zəlzələni hiss edən kimi masanın altında daldalanıblar. Ardınca isə onlar binanı tərk ediblər.