Qazaxıstanın cənubunda 5,4 maqnitudada zəlzələ baş verib.
NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 19:02-də qeydə alınıb. Təbii fəlakətin episentri Almatıdan 628 kilometr qərbdə olub. Mənbə 5 kilometr dərinlikdə yerləşib.