Ukraynada ümumi səfərbərlik müddəti daha 90 gün uzadılır

A- A A+

Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya ölkədə hərbi vəziyyətin və ümumi səfərbərlik müddətinin uzadılması haqqında fərmanların təsdiq edilməsi haqqında qanun layihələri təqdim edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ukrayna Ali Radasının saytında yerləşdirilən layihələrə əsasən, fevralın 19-dan sonra Ukraynada hərbi vəziyyət və səfərbərlik daha 90 gün uzadılacaq.

Xatırladaq ki, Ukrayna 2022-ci il fevralın 24-də səhər saatlarından Rusiyanın genişmiqyaslı hücumu başlayandan sonra hərbi vəziyyət tətbiq edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: