Fransada pensiya islahatına qarşı tətil və etirazlar davam edir

A- A A+

Fransada ictimai nəqliyyat istifadəçiləri fevralın 7-də yenidən çətinliklə üzləşəcəklər. Ölkədə 8 əsas həmkarlar ittifaqı fevralın 7-də və 11-də pensiya islahatı əleyhinə tətil və etiraz nümayişlərinin davam etdiriləcəyini bildiriblər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, artıq Fransa Milli Dəmir Yolları Şirkəti (SNCF) fevralın 7-də son dərəcə ağır bir gün olacağı barədə məlumat yayıb. Şirkət çərşənbə axşamı ölkədə bütün dəmir yolları nəqliyyat vasitələrinin tətil edəcəyini bildirib və sərnişinləri biletləri ləğv etməyə çağırıb. Həmçinin mülki aviasiya şirkətləri uçuşların ləğv olunacağını açıqlayıb.

Şəhərlərdə ictimai nəqliyyat vasitələrinin tətil edəcəyi və şəhərdaxili nəqliyyatın iflic vəziyyətində olacağı qeyd edilib.

Xatırladaq ki, Fransada həmkarlar ittifaqlarının çağırışı ilə müxtəlif peşə sahiblərinin hökumətin irəli sürdüyü pensiya islahatına qarşı tətil və etiraz nümayişləri yanvarın 19-dan başlayıb. Nümayişçilər hökumətin pensiya islahatı ilə bağlı dəyişiklik edəcəyinədək tətil və etirazları davam etdirəcəklərini bildirirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: