Özbəkistan Türkiyədə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə xilasetmə qrupunu qardaş ölkəyə yola salıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin Administrasiyası məlumat yayıb.
Qeyd edilib ki, Prezident Şavkat Mirziyoyevin göstərişi ilə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin 100 nəfərlik xilasetmə qrupu, xüsusi maşın və avadanlıqlar, habelə humanitar yardım materialları daşıyan təyyarə Daşkənd hava limanından havaya qalxıb.