Rusiya Türkiyə və Suriyanın zəlzələdən əziyyət çəkən bölgələrinə yardım məqsədilə xilasedicilər qrupu göndərib.
NUHÇIXAN İnformasiya Agentliyi “interfax.ru”ya istinadla xəbər verir ki, göyərtəsində xilasedicilərin olduğu Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə bu məqsədlə “Jukovski” hava limanından Türkiyə və Suriyaya uçub.
“İnterfaks”ın müxbirinin verdiyi məlumata görə, üç təyyarə Türkiyəyə (Adana), biri isə Suriyaya gedib.