ABŞ Türkiyəyə 140 xilasedici göndərəcək

A- A A+

ABŞ zəlzələdən zərərçəkənlərə kömək etmək üçün Türkiyəyə iki axtarış-xilasetmə qrupu göndərəcək.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə CNN xəbər yayıb.

"Söhbət ABŞ-dan olan iki komandadan gedir. Biri Feyrfaks dairəsindən, digəri Los-Ancelesdən - ağır bölmələr adlanır, mənim fikrimcə, hər birində 70 nəfər var - axtarış itləri olan heyət, həmçinin tibb işçiləri”, - telekanal ABŞ-ın Türkiyədəki səfiri Ceff Fleyk bildirib.

O, Türkiyənin dağılmış binaların dağıntılarını təmizləmək üçün köməyə ehtiyacı olduğunu xatırladaraq, “Bizə məhz bunun lazım olduğu deyilib”, - əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Ağ Ev ABŞ Prezidenti Cozef Baydenin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında Birləşmiş Ştatların istənilən yardımı göstərməyə hazır olduğunu bəyan etməsi barədə məlumat yayıb.

Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 2 921 nəfərə, təbii fəlakət zamanı yaralananların sayı isə 15 834 nəfərə çatıb.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: