PKK/YPG terror qrupları Türkiyənin Öncüpınar sərhəd polis məntəqəsini MLRS-lərlə hədəf alıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, hücum Tel Rıfat bölgəsindən həyata keçirilib: “Zəlzələni fürsət bilən terrorçular bu əmələ əl atdılar. Polis işçiləri arasında itki yoxdur. Terrorçulara adekvat cavab verilib”.