Türkiyənin Naxçıvandakı Baş konsulluğu zəlzələ ilə bağlı muxtar respublika sakinlərinə müraciət edib

A- A A+

Türkiyənin Naxçıvandakı Baş konsulluğundan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş insanlara muxtar respublika sakinləri də yardım edə bilərlər. Yardımda iştirak etmək istəyənlər üçün zəlzələ bölgəsinə ehtiyac olan ləvazimatlar əsasən geyim, çadır, yataq, qızdırıcı avadanlıqlar və azyaşlı uşaqlar üçün lazım olan əşyalardır.

Sözügedən ləvazimatların şəxsən və ya karqo yolu ilə Baş konsulluğa çatdırılması mümkündür.

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 17.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: