Suriyada İŞİD qruplaşmasının 20 üzvü həbsxanadan qaçıb

A- A A+

Suriyada baş verən zəlzələdən sonra İŞİD terror qruplaşmasının üzvü olduğu ehtimal edilən azı 20 məhbus həbsxanadan qaçıb.

NUHÇIXAN İnformasiya Agentliyi France-Presse agentliyinə istinadla xəbər verir ki, hadisə ölkənin şimal-qərbində, Türkiyə ilə sərhədin yaxınlığındakı Racu şəhəri rayonunda yerləşən həbsxanada baş verib.

Həbsxanada saxlanılan 2 min məhbusun 1,3 mininin İŞİD qruplaşmasının üzvü olduğu bildirilir. Zəlzələdən sonra məhbuslar qiyam qaldıraraq zədələnən həbsxananın bir hissəsini ələ keçirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: